Menu

Amerika futbolunun tanınmış siması çayda ölü tapılıb

09.06.2017, 01:12
Amerika futbolunun tanınmış siması çayda ölü tapılıb

ABŞ polisi Milli Futbol Liqasının oyunçusu Ceyms Hardinin ölümünün səbəblərini araşdırır.

"Report" xəbər verir ki, bu barədə "Rolling Stone" nəşri məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, idmançının meyiti İndiana ştatının Fort-Ueyn şəhərindən keçən Momi çayından tapılıb. Qeyd olunur ki, sabiq futbolçu bir neçə həftə əvvəl itkin düşüb.

O, "Baltimor Reyvens", "Nyu-İnqlend Petriots" və İndiana Universiteti komandalarında çıxışları ilə məşhurdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol