Menu

“Üzr istəməkdənsə, getməyi üstün tutdum” – Arda

09.06.2017, 02:04
“Üzr istəməkdənsə, getməyi üstün tutdum” – Arda

Jurnalist Bilal Meşe ilə aralarındakı münaqişədən sonra milli komandadan getdiyini açıqlayan Arda Turan yeni açıqlama verib.

Qol.az-ın xəbərinə görə, “Hürriyyət” qəzetinə müsahibəsində o, baş verən hadisədən peşmanlıq hissi keçirmədiyini vurğulayıb:

“Mənimki qürurlu, qarşı tərəfinki qürursuz bir səhvdir. Kimsənin arxasından danışmadım, birbaşa üzünə söylədim. Yıldırım Demirörenə (Türkiyə Futbol Federasiyasının prezidenti – red.) telefonda “hirsliydim, sizə qarşı bilərəkdən söyüş söymədim” dedim. O da bildirdi ki, “çıx üzr istə, biz həll edərik”. Amma üzr istəməkdənsə, getməyi üstün tutdum”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol