Menu

Lənkəranda iki top mərmisi aşkarlanıb

09.06.2017, 02:23

mermi1471529353İyunun 8-də FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran rayonun Qurumba kəndi ərazisində partlamamış hərbi sursatın (PHS) aşkar olunması barədə məlumat daxil olub.

ANAMA-dan APA-ya verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilmişdir.

Agentliyin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilmiş, 2 ədəd 73 mm-lik geri təpməsiz top mərmisi (OQ-9) aşkar edilərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş sursatın ətrafında 1 000 kv.metr əraziyə yerüstü baxış keçirilmiş, təhlükəli əşya və qurğu aşkar edilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol