Menu

Dövlət qulluğuna qəbulla bağlı 1000-dən çox vakansiya var

09.06.2017, 12:56
Dövlət qulluğuna qəbulla bağlı 1000-dən çox vakansiya var

“10 il ərzində dövlət qulluğuna keçirilən müsabiqələr nəticəsində 6000-dən çox Azərbaycan vətəndaşı vakant dövlət qulluğu vəzifələrini tutub. Onlardan 80 faizdən çoxu gənclərdir. Artıq onların bir çoxu karyera yüksəlişinə nail olublar”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov deyib.

O qeyd edib ki, hazırda 5-7-ci təsnifatlar üzrə dövlət qulluğuna qəbulla bağlı 1000-dən çox vakansiya var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol