Menu

Türkiyə xüsusi xidmət orqanlarından İŞİD-lə bağlı açıqlama

13.06.2014, 16:30
Türkiyə xüsusi xidmət orqanlarından İŞİD-lə bağlı açıqlama

İraqda iri miqyaslı terror əməliyyatları həyata keçirərək ölkənin şimal bölgəsini iri yaşayış məntəqələrini ələ keçirən “İraq Şam İslam Dövləti” (İŞİD) təşkilatının fəaliyyət istiqamətləri ilə bağlı maraqlı məlumatlar açıqlanıb.

AzNews.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İŞİD başda İraq və Suriya olmaqla, Livan, Fələstin və İordaniya ərazilərində vahid şəriyət dövləti qurmaq istəyir.

Hələ bir müddət əvvəl terrorçu Əl-Qaidə təşkilatına bağlı daha məşhur Əl-Nusra qurumu İŞİD-ə onun tabeliyinə keçməsi tələbi ilə çıxış edib. Bunu qəbul etməyən İŞİD Əl-Nusra ilə münaqişə vəziyyətinə gəlib. Bundan sonra İŞİD Əl-Nusranın tabeliyində olan əraziləri ələ keçirib.

Daha sonra yaranmış qarşıdurmanı dayandırmaq üçün Türkiyənin Diyarbəkir şəhərində bölgənin dini-radikal təşkilatlarının iştirakı ilə məxfi görüş keçirilib. Görüşdə Hizbullah təşkilatından qatılan nümayəndə müzakirələr əsnasında ortaya çıxan qərara etiraz olaraq, “Müsəlmanalara qarşı edilən müharibə cihad sayılmaz” deyərək, toplantını tərk edib. Lakin İŞİD öz niyyətindən əl çəkməyib.

Türkiyə xüsusi xidmət orqanlar bildirir ki, İŞİD-in tərkibində ilkin məlumatlara görə, 2 mindən artıq türkiyəli döyüşür.

İŞİD-dəki türkiyəlilərin əsasən Şanlıurfa, Diyarbəkir, Batman, Bingöl, Mardin, Qazıantep, Van, Düzcə və İstanbuldan olduğu da bildirilir. Bu günə kimi İŞİD-də döyüşən türkiyəlilərdən doqquzunun ailəsinə ölüm xəbərləri gəlib.

Başqa bir məlumatda deyilir ki, bu terror təşkilatında döyüşən şəxslərə adambaşına günlük 60 dollar pul verilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol