Menu

İraqda terror aktı nəticəsində ölənlərin sayı 31-ə çatıb

10.06.2017, 00:56
İraqda terror aktı nəticəsində ölənlərin sayı 31-ə çatıb

İraqın Əl-Müsayib şəhərində baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu İraqın təhlükəsizlik qüvvələrindəki mənbə bildirib.

Məlumata əsasən, partlayış nəticəsində daha 35 nəfər yaralanıb.

Bu terror aktı ilə eyni vaxtda Kərbəla şəhərindəd ə terror aktı törədilib və 4 nəfər yaralanıb.

Qeyd edək ki, terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol