Menu

Baş prokurorlar Trampı məhkəməyə verməyə hazırlaşırlar!

12.06.2017, 11:52
Baş prokurorlar Trampı məhkəməyə verməyə hazırlaşırlar!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vaşinqton və Merilend ştatlarının Baş prokurorları Prezident Donald Trampı məhkəməyə verməyə hazırlaşırlar.

«Vaşinqton Post» qəzetinin yazdığına görə, prokurorlar hesab edirlər ki, Tramp antikorrupsiya qanunvericiliyini pozub və prezident səlahiyyətlərinin icrasına başlayandan sonra xarici hökumətlərdən milyonlarla dollar vəsait alıb.

Baş prokurorların fikrincə, Tramp hələ də özünün şəxsi biznesini idarə edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol