Menu

Meksika – Kamerun: 1-0 (VİDEO)

13.06.2014, 23:08
Meksika – Kamerun: 1-0 (VİDEO)

Dünya çempionatının ikinci oyununda Meksika yığması Kamerun millisini minimal hesabla (1-0) məğlub etməyi bacarıb.

Yeganə qolu oyunun 61-ci dəqiqəsində meksikalı Oribe Peralta vurub.

Qeyd edək ki, oyunda üstünlük demək olar ki, bərabər olub. Sarı kartların verilməsində də hesab eyni olub. 1-1. Künc zərbəsində isə 5-2 hesabı ilə kamerunlular irəlidə olub, ancaq bu üstünlük onlara xeyir gətirməyib.

Bakı vaxtı ilə gecə saat 00.00-da isə İspaniya – Hollandiya matçı başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol