Menu

Yunanıstanda baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 10-u xəsarət alıb

13.06.2017, 02:33
Yunanıstanda baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 10-u xəsarət alıb

Yunanıstanda baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Lesbos adasının Vris qəsəbəsində bir qadın dağıntılar altında qalaraq həyatını itirib.

Bu gün yerli vaxtla saat 15:28-də Yunanıstanın Lesbos və Hios adaları arasında 6,1 bal gücündə zəlzələ baş verib. Gün ərzində bölgədə maqnitudası 4,8-dək daha bir neçə təkan qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol