AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında (ABŞ) Demokrat və Respublikaçılar partiyalarından olan senatorlar Rusiyaya yönəlik sanksiyalar məsələsində razılığa gəliblər. Bu barədə jurnalistlərə danışıqlarda iştirak etmiş konqresmen Bob Korker məlumat verib.
Onun sözlərinə görə, söhbət bir qanun layihəsindən gedir. Sənəd, konqresin razılığı olmadan antirusiya sanksiyalarını yumşaltmağı Trampa qadağan edəcək. Bu zaman, Korker Moskvaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin müzakirə olunub-olunmadığını dəqiqləşdirməyib.
Bundan əvvəl Amerika kütləvi informasiya vasitələri (KİV) xəbər vermişdilər ki, demokratlar və respublikaçılar Rusiyaya yönəlik sanksiyalar məsələsində parktiki olaraq, razılığa gəliblər - həm də bu zaman demokratlar maksimum sərt tədbirlərin görülməsində israr ediblər.

Şərhlər