AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Polşanın Prezidenti Anjey Duda iyulun 6-da bu ölkəyə səfər edəcək Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampla Polşada amerikalı həbçilərin sayının artırılması imkanlarını müzakirə etmək niyyətində olduğunu bildirib.
«Biz, hər şeydən əvvəl iqtisadi məsələlərdən və təhlükəsizliklə bağlı məsələlərdən danışacağıq. Eyni zamanda, Polşada ABŞ ordusunun iştirakından söhbət gedəcək. Yaxşı olardı ki, bizdə onların sayı çox olaydı» - Polşa lideri «SE» nəşrinə müsahibəsində deyib.
Duda, ABŞ-la münasibətlərin əhəmiyyətini önə çəkib və xatırladıb ki, Donald Trampı artıq 2 dəfə ölkəsinə dəvət edib.
«Birinci dəfə onu qələbə münasibətilə təbrik edən zaman -telefonla. O zaman mən dedim ki, Birləşmiş Ştatlar bizim çox vacib strateji müttəfiqimizdir. İkinci dəfə, mən onu Brüsseldə NATO sammitində üzbəüz söhbət zamanı şəxsən dəvət etdim» - deyə, Duda qeyd edib.

Şərhlər