AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Panamanın keçmiş prezidenti Rikardo Martinelli Mayamidə saxlanıb.
Amerika Birləşmiş Ştatalarının (ABŞ) hakimiyyəti bunu sözügedən Latın Amerikası ölkəsi Ali məhkəməsinin sorğusu əsasında həyata keçirib.
Martinelli Panamaya 2009-2014-cü illərdə rəhbərlik edib. Ölkə hakimiyyəti onu korrupsiyada və telefon danışıqlarının qeyri-qanuni dinlənilməsində ittiham edir.
Keçmiş prezidenti təqsirkar elan etsələr, o zaman onu 21 ilə qədər məhbusluq həyatı gözləyir.


Şərhlər