Menu

ABŞ Rusiyaya yönəlik strategiyasını dəyişə bilər

14.06.2017, 01:50
ABŞ Rusiyaya yönəlik strategiyasını dəyişə bilər

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyaya yönəlik strategiyasını dəyişə bilər.

Bu məsələnin müzakirəsini ABŞ nümayəndələr palatasının silahlı qüvvələr komitəsində demokrat-konqresmen Adam Smit tələb edib.

Adam Smit Moskvanı demokratik dəyərlərə və ABŞ-la müttəfiqlərinin sıx birləşməsinə yönəlik ən mühüm təhlükələrdən biri hesab edir.

«Konqresmenin fikrincə, hazırda Rusiyanın səyləri ABŞ hakimiyyət orqanlarının dağıdılmasına yönəlib və ABŞ hökuməti və siyasəti üçün gerçək təhlükə təşkil edir» - deyə, «İntrefaks» konqresmendən sitat gətirir.

Smitin fikrincə, Donald Tramp problemi yalnız dərinləşdirib və bu vəziyyətdə konqres neqativ tendensiyalara qarşı durmaq məsələsində məsuliyyət daşıyır.

Bununla əlaqədar olaraq, o, konqresə bir qanun layihəsi təqdim etməyə hazırlaşır. Layihə Rusiyaya yönəlik strategiya çərçivəsində görülməli olan tədbirləri nəzərdə tutur.

Sənəddə Rusiya təcavüzünün izahı verilir: «Vaşinqtonun ilk növbədə, narahatlıq keçirməli olduğu ABŞ-;n milli-müdafiə strategiyasına qarşı bir çağırış olan bu problemi anlamağının vaxtı çatıb».

Smit həmin sənədi bir neçə həftə ərzində müzakirəyə təqdim etmək niyyətindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol