Menu

Dollarla bağlı kritik qərar açıqlanacaq - Gözlər ABŞ-da

14.06.2017, 10:25
Dollarla bağlı kritik qərar açıqlanacaq - Gözlər ABŞ-da

Son aylar investorlar tərəfindən böyük maraqla gözlənilən, Amerika Mərkəzi Bankının faiz qərarı bu gün Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaqdır və foreks bazarlarında ticarət aktivliyi daha da yüksələcəkdir.

Maliyyə bazarlarında Amerika Bankının uçot faiz dərəcəsinin yuxarı sərhədini 1.00%-dən 1.25%-ə kimi artıracağı proqnozlaşdırılır.

Dünya birjalarında EUR/USD məzənnəsi 1.12$ ətrafında ticarət edilməkdədir və cari həftənin minimum qiyməti 1.1185$-dır. Beləliklə, qiymət yenidən bu səviyyəyə kimi ucuzlaşarsa və bu səviyyənin altında qalarsa, 1.1113$-a kimi də ucuzlaşa bilər.

Türkiyə maliyyə bazarlarında da türk lirəsinin dollara nisbətən qiyməti yenidən ucuzlaşmağa başlayıb və 3.55TL-ə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

GBP/USD məzənnəsi isə artıq bu gün səhər ucuzlaşmağa başlayıb və 1.2592$-a kimi də dəyər itirə bilər. /İnvestAZ

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol