Menu

Londonda 27 mərtəbəli bina yanır - FOTOLAR

14.06.2017, 11:21
Londonda 27 mərtəbəli bina yanır - FOTOLAR

Londonda 27 mərtəbəli binada yanğın baş verib. Xarici KİV-in verdiyi xəbərə görə, yerli vaxtla saat 01:15-də başlayan yanğının səbəbi bilinmir. Hadisə yerinə xeyli polis, onlarla yanğınsöndürən maşın və 200 yanğınsöndürən cəlb olunub. Hazırda alovun qarşısının alınması istiqamətində tədbirlər görülür.

Agentliklər Təcili yardıma istinadən 30 nəfərin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb. Virtualaz.org-un məlumatına görə, bina 1974-cü ildə inşa edilib. Orada 120 mənzilin yerləşdiyi bildirilir.İlkin versiya kimi, yanğının binanın 4-cü mərtəbəsindəki partlayışdan sonra baş verdiyi iddia olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol