Menu

Dəmir yolu xəstəxanası MMC-yə çevrildi

14.06.2017, 11:38
Dəmir yolu xəstəxanası MMC-yə çevrildi

Azərbaycan Dövlət Dəmir Yolu Xəstəxanası adını dəyişdirib.

Bu barədə “Vergilər” qəzetində bildirilib.

Belə ki, tibb müəssisəsi yenidən təşkil olunaraq "Azərbaycan Dəmir Yolları" QSC Həkim-Sanitar Xidmətinin "Bakı Dəmir Yolu Xəstəxanası" MMC-yə çevrilib.

Bundan başqa, Azərbaycan Dövlət Dəmir Yolu Xaçmaz Dəmir Yol Xətt Ambulatoriyası da adını dəyişdirib. Ambulatoriya yenidən təşkil olunaraq "Azərbaycan Dəmir Yolları" QSC Həkim-Sanitar Xidməti "Xaçmaz Dəmir Yolları Ambulatoriyası" MMC olub. /Report

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol