Menu

Mingəçevir Su anbarında boğulan 1 nəfər xilas edildi

14.06.2017, 19:28
Mingəçevir Su anbarında boğulan 1 nəfər xilas edildi

Mingəçevir Su anbarında boğulmaq təhlükəsi ilə üzləşmiş 1 nəfərin həyatı xilas edilib.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir Su anbarında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 16:25-də başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol