Menu

Somalinin paytaxtında silahlılar hoteldə 30 nəfəri girov götürüb

15.06.2017, 02:32
Somalinin paytaxtında silahlılar hoteldə 30 nəfəri girov götürüb

Somalinin paytaxtı Moqadişo şəhərində silahlılar "Posh Hotel" mehmanxanasında 30 nəfəri girov götürüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə polis nümayəndəsi bildirib.

Onun sözlərinə görə, 2 silahlı məhv edilib, 10 girov azad edilib. Hazırda qalan girovların azad edilməsi üzrə əməliyyatlar keçirilir.

Bundan əvvəl Moqadişoda "Posh Hotel"-in qarşısında minalanmış avtomobil partladılıb. Nəticədə azı 9 nəfər ölüb. Terror aktına görə məsuliyyəti “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol