AzPolitika.info Ukrayna KİV-ə istinadla xəbər verir ki, gələn həftə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp və Ukraynanın Prezidenti Pyotr Poroşenko Vaşinqtonda görüşəcəklər.
Poroşenkonun administrasiyasına istinadla, bu barədə xəbəri «112 Ukrayna» telekanalı yayıb.
Telekanalın məlumatına görə, bu, iki ölkə liderinin tamməzmunlu danışıqları olacaq. Yaxın günlərdə görüş barədə rəsmi məlumat veriləcək.


Şərhlər