Menu

Türkiyədə 5 terrorçu məhv edildi

15.06.2017, 10:01
Türkiyədə 5 terrorçu məhv edildi

Türkiyə təhlükəsizlik qüvvələri Ərzurum vilayətində 5 PKK terrorçusunu məhv edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, vilayətin Şenkaya rayonunda meşə ərazisində terrorçu qrupa qarşı əməliyyat keçirilib.

Təslim olmaq çağırışına PKK-çılar atəşlə cavab veriblər. Cavab atəşi ilə 5 terrorçu məhv edilib.

Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol