Menu

Avropada rouminq ödənişləri ləğv edildi

15.06.2017, 11:29
Avropada rouminq ödənişləri ləğv edildi

Bu gündən etibarən Avropa İttifaqının ərazisində yerli mobil operatorlarının abunəçiləri üçün rouminq pulsuz olacaq. Bu barədə "Report” Aİ-nın Şurasına istinadən xəbər verir.

İyunun 15-də qüvvəyə minən rouminq ödənişinin ləğv edilməsi prosesinə iki il əvvəl başlanılıb.

Xatırladaq ki, Avropa Komissiyası rouminqin tam ləğvindən sonra 2020-ci ilə qədər Avropanın böyük şəhərlərində internetə pulsuz çıxışı təmin etmək niyyətindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol