Menu

Ukraynada bir gündə 250 separatçı məhv edilib

15.06.2014, 00:21
Ukraynada bir gündə 250 separatçı məhv edilib

Ukraynanın müdafiə naziri əvəzi Mixail Koval ölkənin cənub-şərqində antiterror əməliyyatları zamanı 250 separatçının öldürüldüyünü bildirib. Musavat.com-un Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə o, Milli Təhlükəsizlik və Müdafiə Şurasının prezident yanında keçirilən təcili toplantısında məlumat verib.

Toplantı Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus İL 76 təyyarəsinin Luqansk aeroportuna enərkən separatçılar tərəfindən vurulması ilə bağlı keçirilib. Nəticədə ekipaj da daxil 49 hərbi qulluqçu həlak olub.

İclasda prezident Pyotr Poroşenko terrorçularla daha effektli mübarizə aparmaq üçün öz tapşırıqlarını verib. Prezident onu da bildirib ki, hərbçilər sərhədçilərlə birgə artıq Rusiya ilə sərhədin 248 kilometrini bağlayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol