«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, cümə axşamı səhər Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüvə silahı daşımaq qabiliyyətinə malik iki strateji bombardmançı təyarəsi Böyük Britaniyadakı Ferford aviabazasından havaya qalxaraq, Rusiyanın Baltikdəki sərhədlərinə doğru uçub.
Bu barədə xəbəri, hərbi aviasiyanın hərəkətini izləyən qərb saytlarına istinadla «İnterfaks» agentliyi yayıb.
Saytların məlumatına görə, növbəti tapşırığı yerinə yetirmək üçün Baltik istiqamətinə iki B-1B təyyarəsi (çağırış kodu BONE01 və BONE02) göndərilib.
Bu ərəfədə, bölgədə gedən təlimlər çərçivəsində həm də B-1B və B-52H strateji bombardmançıları növbəti çoxsaatlı uçuşlar həyata keçiriblər.
Bundan başqa, çərşənbə günü ABŞ hərbi-hava qüvvələrinin RC-135W strateji kəşfiyyat təyyarəsi və NATO-nun uzaq radiolokasiya aşkarlayıcı təyyarəsi Kalininqrad sərhədləri yaxınlığında uçuşlar ediblər.


Şərhlər