AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) xüsusi tapşırıqlı prokuroru Robert Müller Prezident Donald Trampa qarşı araşdırmalara başlayıb.
«Vaşinqton Post» qəzetinin məlumatına görə, o, ABŞ Prezidentinin məhkəmə-hüquq sisteminə maneələr yaradıb-yaratmadığı məsələsini öyrənəcək.
Nəşrin ABŞ administrasiyasındakı mənbələri xəbər veriblər ki, Müller həm də ABŞ Prezidentinin əməkdaşları tərəfindən mümkün maliyyə cinayətlərinin törədildiyini təsdiqləyən sübutların axtarışı ilə məşğuldur.


Şərhlər