Menu

Rusiya Ali Məhkəməsindən Azərbaycan vətəndaşı barədə YENİ QƏRAR

16.06.2017, 15:08
Rusiya Ali Məhkəməsindən Azərbaycan vətəndaşı barədə YENİ QƏRAR

Rusiya Ali Məhkəməsi Azərbaycan vətəndaşı Ramil Mirzəmovun həbs müddətini artırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, məhkəmənin mətbuat xidmətindən bildiriblər ki, 4 tələbəni İraq və Suriyadakı beynəlxalq terror təşkilatlarına cəlb edən R. Mirzəmov 8 il əvəzinə 8 il 4 ay həbsdə olacaq.

Məhkəmənin qərarına əsasən, R. Mirzəmov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bildirilir ki, R. Mirzəmovun terror təşkilatlarına cəlb etdiyi iki tələbə 2014-cü ilin may ayında İraq və Suriyaya döyüşməyə yollanıb, digər iki nəfər isə onun əleyhinə ifadə verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol