Menu

Ərdoğandan Səudiyyə Ərəbistanına təklif - "Hərbi baza açaq"

16.06.2017, 17:16
Ərdoğandan Səudiyyə Ərəbistanına təklif - "Hərbi baza açaq"

Türkiyə Səudiyyə Ərəbistanına hərbi baza açmaq barədə təklif bildirib. Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Portuqaliyanın "RTP" telekanlına müsahibəsində deyib.

R.T.Ərdoğan deyib: "Hələ o zaman Qətər ərazisində hərbi baza açmaq barədə qərar qəbul edəndə mən Səudiyyə Ərəbistanı Kralı ilə görüş zamanı Krallıq ərazisində hərbi baza açmaq barədə təklif etmişdim".

Türkiyə prezidenti qeyd edib ki, o zaman Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz bildrib ki, Ər-Riyad bu variantı nəzərdən keçirəcək.

Daha sonra Ərdoğan fikrini tamamlayıb: "Lakin hələ bu günə qədər bizim krallıq ərazisində hərbi baza yerləşdirilməsi barədə təklifimizə Səudiyyə Ərbistanı cavab verməyib".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol