«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pentaqon Əfqanıstana daha 4 min hərbçi göndərmək qərarına gəlib.
Ağ Evdəki mənbəyə istinadla, bu barədə xəbəri «Assoşieyted Press» agentliyi yayıb.
Agentliyin məlumatına görə, hazırda Əfqanıstanda Amerika Birləşmiş Ştatlarının (ABŞ) səkkiz min beş yüz nəfərə yaxın hərbçisi var. Məgər, 8,5 min bəs eləmir?
Ümumiyyətlə, bu mövzuda «gəzişmə» edərkən, çox kötü bir sual boy verir: Görəsən, ABŞ Əfqaanıstanda nə axtarır?!
Neçə onillikdir ki, bu ölkədə müharibə gedir - yerli insanlar bir-birini, ABŞ da fərqinə varmadan, onların hamısını qırır. Ötən müddət ərzində ABŞ Əfqanıstanda daşı daş üstündə qoymayıb - indi burada bomba partlamamış, güllə dəyməmiş, qanla suvarılmamış bircə qarış torpaq da tapmaq olmaz. Bunlar ABŞ-a azlıq edir?
Görünür, azlıq edir…

Şərhlər