Menu

ABŞ-ın hərbi gəmisi Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşub

17.06.2017, 02:09

abs-herbi-gemiABŞ-ın hərbi gəmisi Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşub.

"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi ABŞ-ın Hərbi Dəniz Donanmasına istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, "USS Fitzgerald" esminesi Yokosukidən 56 dəniz mili (103,7 kilometr) cənub-qərbdə ticarət gəmisi ilə toqquşub. Yaralıların sayı dəqiqləşdirilir.

Bildirilir ki, ABŞ-ın Hərbi Dəniz Qüvvələri kömək üçün Yaponiyanın sahil mühafizəsinə müraciət edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol