İŞİD lideri Şakir Vahiyibin 3 sürücünü sorğu-sual və edam etməsinin görüntüləri yayıldı
İŞİD (İraq Şam İslam Dövləti) təşkilatının liderlərindən biri olan, terror təşkilatının əsas “edam maşını” kimi çıxış edən Şakir Vahiyibin üç sürücünü mühakimə etməsi anlarını əks etdirən videogörüntülər yayılıb. Bizimyol.info “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, videogörüntülərdə Şakir Vahiyib sürücülərin şiə, yoxsa sünni olduqlarını aydınlaşdırmağa çalışır və sonunda onların “şiə müşriklər” olduğu qənaətinə gəlir. Daha sonra Şakir Vahiyib onların öldürülməsinə əmr verir.
İŞİD üzvlərinin “səhra aslanı” adlandırdıqları Şakir Vahiyibin sorğu-sual metodu isə onu göstərir ki, bu qruplaşma kəlimeyi-şəhadətini dilə gətirən müsəlmanlara da aman vermir. Terrorçunun sürücülərlə dialoqunun tərcüməsini təqdim edirik:
Şakir Vahiyib: Sənədləriniz... Sən şiəsən, eləmi? Siz ikiniz də şiəsiniz, eləmi? (hələ üçüncü sürücü onlara yaxınlaşmayıb – red.)
Sürücülərdən biri: Biz Homs şəhərindənik, sünniyik.
- İkiniz də?
- Hə.
- Siz suriyalısınız?
- Hə.
- Sünnisiniz?
- Allah sizi qalibiyyətə çatdırsın.
- (qışqıraraq) Siz sünnisiniz?
- Hə.
- Sən sünnisən? (Yaxınlaşmaqda olan üçüncü sürücüdən soruşur – red.)
- Hə.
- Dəqiq?
- Hə... Biz sadəcə, yaşamaq istəyirik. Bura çörəkpulu qazanmaq üçün gəlmişik.
Bu yerdə Vahiyib sürücüləri buraxır, amma tez də fikrini dəyişib onları geri çağırır.
- Sünni olduğunuzu mənə necə sübut edə bilərsiniz?
- Böyük Allahın və Peyğəmbərin adı ilə... (Başqa bir sürücü) Allahu Əkbər, Allahdan başqa ilahi yoxdur. (Hər üç sürücü eyni vaxtda kəlimeyi-şəhadətini dilə gətirir) Allahu Əkbər. Şəhadət verirəm ki, Allahdan başqa ilahi yoxdur, Məhəmməd də onun elçisidir.
- Namaza keçək. Sübh namazında neçə dəfə səcdəyə gedirsiniz?
- 4 dəfə.
- (Başqa bi sürücüyə üzünü tutur) Birinici cavab 4... Bəs sənin cavabın nədir?
- Sübhdə 3 dəfə...
- Biriniz deyir 4, o biriniz deyir 3... Nə danışırsınız?.. Dizi üstə çökün!
- (Üçüncü sürücü) 5 dəfə.
- Bu hələ indi deyir ki, 5 dəfə... Bəs günorta?
- 3 dəfə.
- Deyir 3 dəfə... Bəs axşam?
- Axşam?.. 2 dəfə...
- Deməli, sübhdə 5, günorta 3, axşam 5 dəfə... Ələvilər Suriyada müsəlmanların ləyaqətinə necə toxunurlar?
- Vallah, bilmirəm, biz bu işlərə qarışmırıq.
- Onlar qadınları zorlayırlar, müsəlmanları öldürürlər.
- Biz heç vaxt Suriya ordusuna və ya ələvilərə yaxın olmamışıq.
- Danışığınızdan aydın olur ki, siz müşriksiniz. Allah buyurub ki, müşriklər sizə qarşı döyüşdükcə, siz də onlara qarşı döyüşün.
Bu dialoqdan sonra onları yolun kənarına çıxarıb edam edirlər.


Şərhlər