Menu

Qarabağda daha 2 erməni əsgər ağır yaralandı

17.06.2017, 11:22
Qarabağda daha 2 erməni əsgər ağır yaralandı

Azərbaycan Ordusunun cəbhədə atəşkəs rejiminin pozulmasına cavab olaraq açdığı atəş nəticəsində 2 erməni hərbçi yaralanıb.

APA-nın nın "news.am" saytına istinadən verdiyi məlumata görə, onlar İrəvandakı Mərkəzi Klinik Hərbi Hospitala aparılıb.

Ermənistan müdafiə nazirliyi hələlik yaralılar barədə xəbər yaymayıb.

Qeyd edək ki, eyni zamanda cəbhədə atəşkəs rejiminin pozulmasına cavab olaraq Azərbaycan ordusunun açdığı atəş nəticəsində 3 erməni əsgər öldürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol