Menu

Evdə yanğın - Uşaq ölüb, ananın vəziyyəti ağırdır

17.06.2017, 11:28
Evdə yanğın - Uşaq ölüb, ananın vəziyyəti ağırdır

Biləsuvar şəhərində evdə yanğın olub, ana və uşağı yanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, iyunun 16-da saat 17 radələrində Biləsuvar şəhərində Natiq Aslanova məxsus evdə yanğın baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan N.Aslanovun arvadı Gülnar Məmiyeva və oğlu, 8 yaşlı Ümid xəstəxanaya yerləşdiriliblər. Uşaq orada ölüb, G.Məmiyevanın vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol