Menu

ATALAR GÜNÜ

18.06.2017, 12:43
ATALAR GÜNÜ

ABŞ-da Vilyam Smart adlı bir ailə başçısı olub. Vilyamın həyat yoldaşı 6-cı uşağı dünyaya gətirərkən vəfat edir. Vilyam bir daha evlənməyərək altı uşağı təkbaşına böyüdüb, ayaq üstə qoyur...

1910-cu ildə Vilyamın Dodd adlı qızının təşəbbüsü ilə ABŞ-da ilk dəfə ATALAR GÜNÜ qeyd edilir. Üstündən 56 il keçdikdən sonra, 1966-cı ildə ATALAR GÜNÜ rəsmi bayram kimi elan olunur və o vaxtdan bəri iyun ayının 3-cü bazar günü ABŞ-da və dünyanın bir çox ölkəsində qeyd edilir. Təkbaşına uşaq böyüdən və kasıb atalara yardımlar verilir, xeyriyyə tədbirləri keçirilir, uşaqlar atalarına hədiyələr bağışlayır, dünyadan köçmüş ataları isə qəbri üstə yad edirlər və s.

Yəni, ABŞ-da və bir çox ölkələrdə bu bayram hər bir evdə qeyd olunur...

Ataları təbrik edir, dünyasını dəyişmiş ATAların ruhuna Allahdan rəhmət diləyirik!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol