Menu

Neftçalada bacıoğlu 67 yaşlı dayısını döyərək ona ağır xəsarət yetirib

18.06.2017, 23:23
Neftçalada bacıoğlu 67 yaşlı dayısını döyərək ona ağır xəsarət yetirib

Neftçalada xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Boyat kəndində qeydə alınıb.

İlkin məlumata görə, 67 yaşlı kənd sakini Zeynalov Qardaş Həsən oğlu mübahisə zəminində Rövşən adlı bacısı oğlu tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. Zərərçəkən Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona tibbi yardım göstərildikdən sonra Qardaş Zeynalov Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol