Menu

Sumqayıtdan Bakıya gələn sərnişin qatarı yolda qalıb

19.06.2017, 08:58

stadler-kissSumqayıtdan Bakıya gələn sərnişin qatarı yolda qalıb.

"Report" xəbər verir ki, saat 07:50-də Sumqayıt şəhərindən yola düşən Bakı-Sumqayıt qatarı saat 08:11-dən Biləcəri ərazisində qalaraq 36 dəqiqə gecikib.

Qatarın maşinisti bildirib ki, Bakıdan Sumqayıta gedən qatar gecikib və həmin qatara yol vermək üçün gözləməli olub.

Qatarın geçikməsi sərnişinlərin narazılığına səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol