Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Şəmkir rayonu, Bakı-Qazax yolunun 375-ci kilometirliyində "Vaz" və "Opel" markalı minik avtomobilləri ilə "Mercedes" markalı mikroavtobusun toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.
Şəmkirdə baş verən yol qəzasında 5 nəfər ölüb, 10-a yaxın şəxs xəsarət alıb.
Bu barədə APA-nın yerli bürosuna hadisə şahidləri məlumat verib. Onların sözlərinə görə, xəsarət alanlar arasında jurnalistlər də olub. Hazırda ölənlərin və yaralananların adları dəqiqləşdirilir.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Opel" markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.


Şərhlər