Menu

İran hərbçiləri Suriyada İŞİD-ə zərbə endirib - 65 ölü

21.06.2017, 01:51
İran hərbçiləri Suriyada İŞİD-ə zərbə endirib - 65 ölü

İran hərbçiləri Suriyada İŞİD-in mövqelərinə zərbə endirib.

Bu barədə "Press TV" telekanlı İran İslam İnqilabı Keşikçiləri Korpusuna istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, zərbə nəticəsində azı 65 terrorçu məhv edilib. İran hərbçilərinin Əl-Muhasan şəhərində İŞİD-in mövqeyinə endirdiyi zərbə nəticəsində 15 silahlı məhv edilib. Onlar arasında İŞİD başçılarından olan Səəd əl-Qosaibi də var.

Həmçinin bildirilir ki, daha 27 terrorçu Əl-Məyadin şəhərinə endirilmiş zərbələr nəticəsində öldürülüb. Öldürülənlər arasında Liviyadan olan 6 səhra komandiri də var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol