Menu

Banklar arasında dollar ucuzlaşdı

21.06.2017, 10:57
Banklar arasında dollar ucuzlaşdı

İyun ayının 21-da banklararası ticarətdə dollar yenidən düşüb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.6906 manat kursu ilə başlayıb və 1.6861 manata qədər ucuzlaşıb. Başqa sözlə, dollar manat qarşısında 0,82% dəyər itirib.

Qeyd edək ki, ötən gün “Bloomberg”də dollar ticarəti 1.7000 manat məzənnəsi ilə yekunlaşmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol