Menu

ABŞ-ın qərbində isti səbəbilə, 60 aviareys təxirə salınıb

21.06.2017, 11:12
ABŞ-ın qərbində isti səbəbilə, 60 aviareys təxirə salınıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ekstremal istilər səbəbilə, Amerika Brləşmiş Ştatlarının (ABŞ) Finiks şəhərinin (Arizona ştatı) aeroportunda 60-a yaxın aviareys təxirə salınıb.

«American Airlines» aviaşirkəti öz qərarını laynerlərin texniki xüsusiyyətləri ilə izah edib. Şirkətin məlumatına görə, «Airbus»un fəaliyyəti üçün ən yüksək temperatur 52,8 dərəcədən yuxarı olmamalıdır, «Boinq» üçün isə bu hədd 52,2 dərəcədir.

Bu arada isə Finiksdə çərşənbə axşamı termometr 48 (Selsi) dərəcəni qeydə alıb. Belə şəraitində təyyarə havaya qalxmaq üçün uzun qaçış etməlidir. Finiks aeroportunda uçuş-eniş zolağı kifayət qədər uzun olsa da bəzi təyyarələr üçün yetərli deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol