«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Cənubi Koreyanın Prezidenti Mun Çje İn Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısı Kim Çen Inı «çox təhlükəli adam və ağılsız lider» adlandırıb.
«Ancaq o, Şimali Koreyaya effektli nəzarət edən adamdır və həm də o, Şimali Koreyanın denuklearizasiyası üçün səlahiyyətlərə malik adamdır» - deyə, Prezident əlavə edib.
Mun Çje İn koreyalararası münasibətləri tənzimləmək niyyətindədir, ancaq yeni ballistik raket sınaqları səbəbilə hələlik bu, Pxenyanla baş tutmur.

Şərhlər