AzPolitika.info Qazaxıstan KİV-nə istinadla xəbər verir ki, ölkənin paytaxtı Astana şəhərinin aeroportuna Prezident Nursultan Nazarbayevin adı verilib.
Hökumətin müvafiq qərarı iyunun 21-də Qazaxıstan Respublikasının rəsmi KİV-də dərc olunub.
««Astana beynəlxalq aeroportu» «Nursultan Nazarbayev beynəlxalq aeroportu» adlandırılsın. Həmin qərar rəsmi dərc olunduğu gündən qüvvəyə minsin» - deyə, hökumətin qərarında bildirilir.
Bundan əvvəl belə təşəbbüslə ölkə Məclisinin (parlamentin aşağı palatası) deputatları çıxış etmişdilər. Beləliklə, onlar Nazarbayevin «prezident olaraq dövlət quruculuğu işində əvəzsiz fəaliyyətini» qeyd etmək niyyətində olduqlarını bildirmişdilər.

Şərhlər