Menu

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb

22.06.2017, 00:05
ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb

ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi Hyuston şəhəri (Texas ştatı) yaxınlığında qəzaya uğrayıb.

APA-nın məlumatına görə, bu barədə CBS telekanalı xəbər verib.

Məlumata görə, uğurla katapult edən pilot sağ qalıb. Ona müvafiq tibb yardım göstərilib.

Təyyarənin yerə düşdüyü ərazidə yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol