Menu

Xarici dövlət borclanmasının yuxarı həddi 5 milyard manata qaldırılır

22.06.2017, 15:56
Xarici dövlət borclanmasının yuxarı həddi 5 milyard manata qaldırılır

Azərbaycan Beynəlxalq Bankının avrobondlarının emissiyası ilə əlaqədar xarici dövlət borcunun yuxarı həddinin 4,5 mlrd. manatadək artırılması nəzərdə tutulub.

Bu, "2017-ci il dövlət büdcəsinə dəyişikliyin edilməsi haqqında" qanun layihəsində nəzərdə tutulub.

“SOCAR-a, Əmanətlərin Sığortalanması Fonduna müəyyən qədər vəsaitin ayrılması nəzərdə tutulub. Bundan başqa, Azərbaycan Beynəlxalq Bankının avrobondlarının emissiyası ilə əlaqədar xarici dövlət borcunun yuxarı həddinin 4,5 mlrd. manatadək artırılması nəzərdə tutulub. Bilirsiniz ki, dövlət başçısının Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması, o cümlədən özəlləşdirməyə hazır vəziyyətə gətirilməsi üçün fərmanı var. Bankın xarici öhdəliklərinin restrukturizasiyası üçün dövlət 4 mlrd. manat ayıracaq. Beləliklə, dövlət büdcəsinin kəsiri 1 mlrd. 173 mln. manata yaxın olacaq ki, bu da ÜDM-in 1,8%-nə bərabər olacaq”,- Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitənin üzvü Vahid Əhmədov bilirib.

Bundan əvvəl, Azərbaycan Respublikasının 2017-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 500 milyon manat təsdiq edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol