Menu

ABŞ və Çin liderləri G20 sammitində görüşəcəklər - Hamburqda

23.06.2017, 00:25
ABŞ və Çin liderləri G20 sammitində görüşəcəklər - Hamburqda

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikasının (ÇXR) prezidenti  Si Tsizinpin və Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp G20 sammiti çərçivəsində Hamburq şəhərində görüşəcəklər.

ÇXR xarici işlər nazirliyinə (XİN) istinadla, xəbəri «CCTV» yayıb.

Bu, iyunun 21-də təhlükəsizlik və xarici siyasət məsələləri üzrə Vaşinqtonda keçirilən Çin-ABŞ dialoqunun birinci raundundan sonra məlum olub.

Bundan başqa, ABŞ Prezidenti Donald Tramp Ayova ştatına rəsmi səfərinin gedişi zamanı bəyan edib ki, Vaşinqtonun «Çinlə əla münasibətləri var» («Röyter»).

«Bizim Çinlə əla münasibətlərimiz var və ÇXR sədri Si gerçəkdən, mənim xoşuma gəlir» - Tramp bəyan edib.

Qeyd olunmalıdır ki, bu bəyanat, ABŞ liderinin bu yaxınlarda səsləndirdiyi «Şimali Koreyanın aqressiv siyasətinə və nüvə proqramına Çinin təsir göstərmək cəhdləri uğur gətitrmədi» fikirin fonunda verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol