Menu

Əhali kredit kartlarından imtina edir

23.06.2017, 11:18

tips-for-paying-off-credit-card-debtAzərbaycanda bu ilin aprel ayında kredit kartları ilə aparılan əməliyyatların həcmi əvvəlki aya nisbətən 6,7% azalaraq 125 mln. manat təşkil edib.

Beləliklə, apreldə bank kartları ilə aparılan ümumi əməliyyatların 11,3%-i kredit kartları ilə aparılan əməliyyatların payına düşüb. Hesabata əsasən, kartlarla əməliyyatların həcmində kredit kartlarının xüsusi çəkisi əvvəlki ayla müqayisədə 1 faiz bəndi artıb.

Cari il mayın 1-nə dövriyyədə olan kredit kartlarının sayı 647 min təşkil edib ki, bu da dövriyyədəki cəmi kartların 11,7%-i deməkdir.  /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol