Menu

Sumqayıtda qadın körpə qızı ilə birlikdə itkin düşüb

23.06.2017, 12:50
Sumqayıtda qadın körpə qızı ilə birlikdə itkin düşüb

Sumqayıtda qadın bir yaşlı körpəsi ilə birlikdə itkin düşüb.

“Report”un məlumatına görə, Abşeron rayonu Saray qəsəbəsində yaşayan 45 yaşlı Mehman Ağayev polisə müraciət edərək bildirib ki, iyunun 22-də Sumqayıtda yaşayan bacısı 40 yaşlı Şəlalə Kərimova qızı 1 yaşlı Firəngiz Kərimova ilə birlikdə yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.

Polis faktla bağlı araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol