Menu

Daşkəsəndə 17 yaşlı qız sirkə turşusundan zəhərlənib

23.06.2017, 23:40

sirkeDaşkəsən rayonunda zəhərlənmə hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 2000-ci təvəllüdlü Allahverdiyeva Aişə Fazil qızı yaşadığı evdə sirkə turşusu içərək zəhərlənib.

Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən qızın vəziyyətinin ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə o, səhvən sirkə turşusu içib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol