Menu

Siyəzəndə maşın maneəyə çırpılıb, xəsarət alan var

24.06.2017, 21:09

Qezada-sinmish-padpres-180912Siyəzən rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun 106-cı km-də baş verib. "Mercedes" markalı maşın maneəyə çırpıldıqdan sonra başqa bir maşına dəyərək aşıb. Qəza nəticəsində maşının sürücüsü xəsarət alıb. Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Mustafayev Ayxan Mehman oğlu Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması qoyulub.

Fakt araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol