Menu

Səfir Elxan Poluxov etimadnaməsini Braziliya prezidentinə təqdim edib

27.06.2017, 18:43
Səfir Elxan Poluxov etimadnaməsini Braziliya prezidentinə təqdim edib

Cari ilin 26 iyun tarixində Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov etimadnaməsini Braziliya prezidenti Mişel Temerə təqdim etmişdir.

Səfirlikdən "Report"a verilən məlumata görə, Elxan Poluxov etimadnaməni təqdim etdikdən sonra Azərbaycan Prezident İlham Əliyevin səmimi salamlarını Braziliya prezidentinə çatdıraraq Azərbaycan ilə Braziliya arasındakı yaxın dostluq münasibətləri müzakirə ediblər.

Mərasimin sonunda Elxan Poluxovla Braziliya prezidenti Mişel Temer xatirə şəkili çəkdiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol