AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Kreml Fransa Prezidenti Emmanuel Makronun «Donbasa təcavüz Rusiyadan qaynanlanır» fikri ilə razılaşmır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib («TASS»).
«Biz, Fransa Prezidentinin dünən «Donbasa təcavüz» barədə səsləndirdiyi fikirlə razılaşa bilmərik və şübhəsiz ki, Rusiya tərəfi hadisələrin real durumunun və Ukrayna süjetinə yönəlik öz mövqeyinin səbrlə izahını davam etdirəcək» - deyə, Peskov qeyd edib.
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Rusiya tərəfinin «Donbasa təcavüz» mənbəyi olduğunu və Krımı Ukraynadan «qopardığı»nı dilə gətirib. Makron deyib: «Unutmaq lazım deyil ki, təcavüz Rusiyadan qaynaqlanır, başqa sözlə, təcavüzkar Ukrayna deyil. Biz, həm də Krımın ilhaq olunduğunu etiraf edirik və bu, qanunsuzdur».

Şərhlər