Menu

Koalisiyanın Suriyaya hava zərbəsi nəticəsində azı 40 nəfər ölüb

28.06.2017, 19:32
Koalisiyanın Suriyaya hava zərbəsi nəticəsində azı 40 nəfər ölüb

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın Deyr-əz-xor vilayətində yaşayış məntəqəsinə hava zərbəsi nəticəsində azı 40 dinc sakin həlak olub.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda Suriyanın SANA informasiya agentliyi xəbər verib.

Məlumata görə, bombardmana Əl-Mayədin şəhəri yaxınlığında yerləşən Əd-Dablən yaşayış məntəqəsi məruz qalıb. Ölənlər arasında qadınlar və uşaqların olduğu bildirilir. Onlarla insanın yaralandığı qeyd olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol